Türkiyədə xarici vətəndaşlara ev satışı maksimum həddə çatıb. Yanvar-noyabr aylarında xaricilər Türkiyədən 61 mindən çox ev alıb. Ev alanlar arasında Ruslar üstünlük təşkil edir.
Tribuna.az xəbər verir ki, qardaş ölkədə ev alanların böyük qismi ruslardır. Ötən iki ay ərzində Rus vətəndaşları Türkiyədən 2 min 575 ev alıb.
Əslində Türkiyədə qiymətlərin artması, kredit imkanlarının məhdudluğu və yeni kampaniya gözləntisi mənzil satışlarının azalmasına səbəb olur. Ev alqı-satqısında yaşanan durğunluğu Rus vətəndaşları yüksəldib.
Noyabrda əcnəbilərə ev satışında azalma olsa da, ümumilikdə 11 ay ərzində rekord qırılıb. Yanvar-noyabr dövründə xaricilərə mülk satışları 20 faiz artaraq 61 min 104 olub.
Son illər xarici, xüsusilə də Rus vətəndaşlara satılan ev sayında bu qədər artım müşahidə olunmamışdı.
Nigar
Tribuna.az









