QƏRB ÖLKƏ KONSULLUQLARI NİYƏ TÜRKİYƏNİ TƏRK EDİR?

QƏRB ÖLKƏ KONSULLUQLARI NİYƏ TÜRKİYƏNİ TƏRK EDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri terror təhlükəsi adı ilə İstanbulda konsulluq fəaliyyətlərini dayandırır. Səbəb kimi İsveçdə Türkiyə səfirliyinin önündə Quranın yandırılması və buna Avropa ölkələrinin İstanbuldakı diplomatik nümayəndəliklərinə qarşı hücumlarla cavab verilməsi ehtimalı göstərilsə də, hədəfin 14 mayda keçiriləcək prezident və parlament seçkilərində Ərdoğanın səs itirməsi olduğu istisna deyil.

Tribuna.az xəbər verir ki, bu barədə danışan siyasi şərhçi Asif Nərimanlının fikrincə, terror təhlükəsi haqda yaradılan rəy Türkiyənin iqtisadi və siyasi mənzərəsinə təsir edə bilər:

“Bununla turist axını azalır, eləcə də xarici investisiya ölkədən çıxır. Həmçinin seçicilərin seçiminə təkcə iqtisadi yox, həm də sabitliyin pozulması üzərindən təsir edirlər.
Seçkilər yaxınlaşdıqca hadisələrin yönləndirilməsinə hesablanmış bu kimi addımların daha intensiv xarakter alacağı, hətta terror hücumlarına cəhdlərin ola biləcəyi də mümkündür”.