“Biz Qəbələ rayonu, Xırxatala kənd sakinləri qazsızlığa və elektrik xəttlərinin qəzalı vəziyyətdə olmasına görə çox əziyyət çəkirik. Həmçinin elektrik dirəklərinin olmamasına görə həyatımız ciddi təhlükə altındadır. Aidiyyəti orqanlar buna diqqət yetirmirlər”
Bu sözlərlə Tribuna.az-a Qəbələ rayonu Xırxatala kənd sakinləri müraciət ediblər. Kənd sakinləri bildirib ki, Xırxatala kəndinin 1500 təsərüfatı var və kənd rayon mərkəzindən təxminən 4 km aralıda yerləşsə də, indiyə qədər qaz xətti çəkilməyib:
“Buna görə elektrik enerjisindən çox istifadə edilir. Evlərimizi elektrik cihazları ilə qızdırırıq. Elektrik enerjisi çox zəifdir, gec də verilir. Kəndin elektirik dirəkləri yoxdur, buna görə ağaclardan elektrik dirəkləri düzəltmişik. Bunlar isə tez-tez aşır. Həyatımız təhlükə altında qalıb. Hətta dirəklər aşıb mal-qaramızı cərəyan vurub, öldürüb. Bu mənzərəni təqdim etdiyimz videoda baxıb görəndə təcüblənməyin. Sanki Xırxatala kəndi dövlətin yadından çıxıb.
Problemin aradan qaldırlması üçün kənd sakinləri dəfələrlə Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin və Qəbələ Elektrik Şəbəkəsinin rəhbərinin qəbulunda olsaq da, heç bir tədbir görməyiblər”.
Kənd sakinləri mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən kömək istəyir:
“Cənab Prezident, xahiş edirik, Xırxatala kəndinə qaz xəttinin çəkilməsinə, elektrik dirəklərinin tətbiq edilməsinə köməklik göstərəsiniz. Bizi bu çətinlikdən xilas edin”.
Qəbələ rayonu Xırxatala kənd sakinləri
İbrahimov Ramil Amil oğlu Əlaqə tel; 051 662- 31- 33
Gözəlov Vahab Nasir oğlu
Mehdiyev Əfqan Əli oğlu
Kazımov Faiq Nemət oğlu
Nigar









