QARADAĞDA BAŞÇI İLƏ YAŞILLAŞDIRMA TƏSƏRRÜFATI BİRLİYİNİN EKOLOJİ TERRORU – FAKT…(VİDEO)

QARADAĞDA BAŞÇI İLƏ YAŞILLAŞDIRMA TƏSƏRRÜFATI BİRLİYİNİN EKOLOJİ TERRORU – FAKT…(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində ağacların qeyri-qanuni kəsilməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvanda bu ilin aprel ayında 6 ağac qanunsuz kəsilib.

Tribuna.az-ın xəbərinə görə, bu ağac qətliamına Qaradağ rayon icra başçısı Süleyman Mikayılovla BŞİH Yaxşılaşdırma Təsərrüfatı Birliyinin Qaradağ idarəsi göz yumublar. Həm Qaradağ İH rəhbərliyi, həm Yaşıllaşdırma Təsərrüfatı Birliyinin yerli idarəsi ağac kəsiminə şərait yaradaraq pul qazanırlar. Bu da ekoloji terrorla rüşvətin birgə əməliyyatıdır. S. Mikayılov və yaşıllaşdırma idarəsi rayonda yaşıllıqları məhv etməklə həm dövlətə, həm təbiətə ziyan vurur. Göründüyü kimi BŞİH-in bu idarəsinin yerli orqanları icralarla əlbir olub pul qazanırlar.