QARABAĞDAN ERMƏNİ TÖR-TÖKÜNTÜLƏRİ ÇIXARILACAQMI? – NAZİRİN AÇIQLAMASINA ŞƏRH

QARABAĞDAN ERMƏNİ TÖR-TÖKÜNTÜLƏRİ ÇIXARILACAQMI? – NAZİRİN AÇIQLAMASINA ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceyhun Bayramov Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi haqda dedikləri diqqət çəkdi: Moskva Bakının tələbi qarşısında bildirir ki, “erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir”. Əslində Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır.

Tribuna.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Asif Nərimanlı çıxış edib. O bildirib ki, Rusiya bundan Bakıya qarşı təzyiq kartı kimi istifadə edir, separatçıların “müdafiəsi” təşkil olunur:

“Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, “döyüş postları” qurmasına şərait yaradan da sülhməramlılar olub. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir. Və bu, həm də o deməkdir ki, Azərbaycan qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasa, nə Ermənistan, nə Rusiya 4-cü bəndi icra etməyəcək, bundan danışıqlar prosesini uzatmaq üçün istifadə edəcək”.

Tribuna.az