QARABAĞDAKI YATAQLARDAN ERMƏNİSTAN NƏ QƏDƏR QAZANIB?

QARABAĞDAKI YATAQLARDAN ERMƏNİSTAN NƏ QƏDƏR QAZANIB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Qarabağda istismar oluna biləcək 4 qızıl yatağı var.

Tribuna.az xəbər verir ki, bunlar biri Söyüdlü yatağıdır. İşğaldan azad olunanadək Ermənistan istismar edib, yatağın 76 faizi Azərbaycanın, 24 faizi Ermənistanın (Sotk) payına düşür.
Ağdüzdağ yatağı 30 illiyinə Türkiyənin “Artvin Maden A.Ş.” şirkətinə verilib. Qızılbulaq yatağı iğal altındadır, 2002-ci ildən 2020-ci ilin sonunadək ermənilər istismar edib.
Vejnəli yatağını da ermənilər işlədib, hazırda istismar olunmur, Anglo Asian Mining şirkətinə verilib.

İlk 3 yataq Kəlbəcər rayonunun ərazisinə düşür. Keçmiş Ağdərə rayonunda yerləşən Qızılbulaq yatağının ərazisi, rayon ləğv edildikdən sonra Kəlbəcərə verilib. Vejnəli yatağı Zəngilan rayonunda yerləşir.
Adları çəkilən 4 yatağın sənaye ehtiyatları 132,6 ton qızıl miqdarında qiymətləndirilir. Onun 120 tonu Kəlbəcərdəki yataqların payına düşür.

Nigar

Tribuna.az