Şuşa-Xankəndi yolunda 1 aya yaxındır davam edən aksiya hər vəchlə Azərbaycana qarşı mübarizə aparmağa and içən terrorçu rejimin tamamilə əl-qolunu bağlayıb.
Tribuna.az xəbər verir ki, bölgədə qondarma rejimin basqısı altında yaşamaq istəməyən siravi ermənilərin, habelə separatçı rejimin bəzi nümayəndələrinin ərazini təcili yardım maşınları ilə “xəstə” adıyla tərk etdiklərinə dair sübutlar var. Araşdırmalar göstərir ki, bölgədən çıxanların əksəriyyəti kişilərdir.
Bu il ərzində Azərbaycan ordusunun Qarabağda antirerror əməliyyatı keçirəcəyi deyilir. Yaza doğru posesin praktiki olaraq həll ediləcəyi barəsində də fikirlər səsləndirilir. Görünür, Qarabağ separatçıları başlarının üzərində “qara buludların” dolaşdığının fərqində olduqları üçün arvad-uşağı təkbaşına qoyub aradan çıxırlar…
Hazırda Qarabağda qalan ermənilərin dünyaya özlərini yazıq göstərmək cəhdləri də səngimir. Az qalırlar desinlər ki, biz artıq acından ölürük, havamız çatmır, azərbaycanlılar yolumuz kimi havamızın da qarşısını alıb. Belə olmasaydı “Erməni inqilabçı” Teleqram kanalı vasitəsiləQarabağdakı ermənilərə yeməklə bağlı çağırış etməzdir:
“Öz tanışlarınızdan xahiş edin ki, İnstaqram səhifələrində oturduqları restoranlarda yeməkli şəkillərini paylaşmasınlar. Bu, blokadanın 25-ci günündə utancverici görünür”.
Bu mesaj qaraçı kimi yaşamağa adət etmiş ermənilərin dünyaya azərbaycanlıların Laçın yolunu “bağladığına” görə guya 120 min erməninin humanitar böhranla üzləşdiyi yalanını sırımaq cəhdidir.
Tribuna.az









