Qarabağın işğaldan azad olunmuş ərazilərində Qarabağ Universitetinin və Elmlər Akademiyasının Qarabağ bölməsinin yaradılması ilə bağlı təkliflər səsləndirilib. Verilən təklifləri tam əhatə etməsə də, Qarabağda 2026-cı ilədək oxşar fəaliyyətlərin icrası planlaşdırlır.
Tribuna.az xəbər verir ki, Qarabağda 1 yerli və 1 xarici universitetin filiallarının yaradılması nəzərdə tutulur. Hər iki filialın 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir. Hələlik filialları yaradılacaq unuversitetlərin adları açıqlanmır. Hər şey Elm və Təhsil Nazirliyinin təkliflərindən və hökumətin seçimindən asılıdır.
Qarabağda regional tibbi təhsil müəssisəsinin açılması da gözlənilir. Hələ ki, təhsil müəssisəinin ali, yoxsa orta ixtisas təhsili müəssisəsi olacağı bilinmir. Bu, Səhiyyə Nazirliyinin verəcəyi təkilflərdən sonra məlum olacaq.
Qeyd olunan təhsil ocaqlarından əlavə, Qarabağda 8 peşə məktəbinin və 1 texnikumun (orta ixtisas təhsili müəssisəsi) açılması da planlaşdırılır.
Bütün təhsil müəssisələrinin 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.
Nigar
Tribuna.az









