Ərdoğan tələsir, Əliyev tələsir, Laçın yolunda əsəb savaşı tədricən əzələ nümayişinə çevrilir, Qərbin sərt reaksiyaları gəlir. Laçın yolunda hər an vəziyyət dəyişə bilər.
Tribuna.az xəbər verir ki, bu fikirləri jurnalist Azər Rəşidoğlu səsləndirib. O bildirib ki, bölgə üçün Gürcüstan və yaxud İdlib ssenarisi oynanıla bilər:
“Rus agenturası Azərbaycanda açıq kartla oynayır. Vəziyyət bu qədər ciddidir. Bir çoxları isə lağlağı edir. O qadının əlində göyərçinin ölməsinin, heyvan dərisindən papaq geyinməsinin önəmi baş verəcəklərin yanında heç nədir. Bir daha vurğulayıram – siyasət futbol oyunu deyil. Öz düşüncəsi olmayanları manipulyasiya eləmək asandır. Laçın yolunda baş verənlər milli məsələdir. Zəif oynasalar da, güclü oynasalar da, bizim oyunçulardı, elə bilin ki, “Qarabağ” “Spartak”a qarşı oynayır. Bəlkə futbolla eyniləşdirsək, bir qədər ciddi olarıq”.
Nigar
Tribuna.az









