Ermənistan mətbuatının məlumatına görə, fevralın 14-dən Azərbaycan tərəfi hətta Laçın dəhlizində hərəkət edən Rusiya sülhməramlılarının maşınlarına da ətraflı baxış keçirir, Qarabağa daxil olan və çıxan bütün maşınlar, o cümlədən Rusiya sülhməramlılarına məxsus avtomobillər Azərbaycan hərbçiləri tərəfindən saxlanılır və hərtərəfli axtarışdan keçirilir.
Tribuna.az yazır ki, hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, çoxdan gözlənilən bu xəbər R.Vardanyanın rus hərbçilər tərəfindən təkrar Xankəndinə qaytarılması prosesini sürətləndirdi:
Ekspert əlavə edib ki, əslində bu səpkili məlumatlara əvvəl də rast gəlmişik, lakin vizual görüntülər əlimizdə mövcud deyil:
“Bu yoxlamalar təəccüblü deyil, çünki Vətən Müharibəsi başa çatandan sonra əksəriyyət Laçın yoluna nəzarəti rus kontingentə etibar edilməsinin yanlış olduğunu bilirdi, amma bəzən realliqları sübut etmək üçün müəyyən zamana ehtiyac olur.
Ümumiyyətlə, dünyanın heç bir yerində sülhməramlılar iki ölkə arasında giriş və çıxışa nəzarət etmir. Onlar sülhü qorumaq və atəşkəsə nəzarət etmək üçün, həm də 6 aydan bir dəyişmək şərti ilə əraziyə yeridilir.
27 ay Qarabağda rotasiyasız (dəyişmədən) xidmət edən rus hərbçisi əlbəttə ki, həm Rubenin və ya digərinin 5-10 qəpiyinə, həm də Haykanuşun süzgün gözlərinə aşiq olacaq. Odur ki, necə ki, biz İraqda və Əfqanıstanda kontingentimizi dəyirşirdik, ruslar da eləcə komandandan son əsgərə qədər 6 aydan bir dəyişməlidir”.
Ə.Verdiyev bildirib ki, Rubenin Qarabağdan ruslar tərəfindən Moskvaya qaçırılması və geri qaytarılması isə faktdır:
“Ruben məhz qaçırılıb, çünki o gizlin şəkildə Xankəndindən çıxarılıb. Arayik də, eləcə də başqaları rusların əli ilə istəyəndə gedir, istəyəndə qayıdır. Yeri gəlmişkən, A.Arutunyanın həbsi ilə bağlı Baş Prokurorluğun idarə rəisinin verdiyi bəyanatdan bu gün 1 il keçir”.










