“Qarabağ” yeni transferini açıqladı- RƏSMİ

“Qarabağ” yeni transferini açıqladı- RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” Yassine Benzianın transferini açıqlayıb.

Tribuna.az xəbər verir ki, bununla bağlı Ağdam klubunun rəsmi Feysbuk səhifəsi video paylaşıb. Onunla bağlanan müqavilənin müddəti və digər detallar açıqlanmayıb. Benzia “Qarabağ”da 7 nömrəli forma ilə çıxış edəcək.

 

28 yaşlı hücumameylli yarımmüdafiəçi olan Benzia Fransanın U-21 millisi də daxil olmaqla bir neçə aşağı yaş qrupu üzrə komandalarında oynayıb. O, həmçinin Əlcəzairin əsas millisində 4 oyun keçirib. “Lion”, “Fənərbaxça”, “Olimpiakos”, “Lill”, “Hatayspor”da oynamış Benzia bu mövsümü Fransanın “Dijon” klubunda keçirib.

Benzia Fransa Liqa-1-də ümumən 131 oyun keçirib, 15 qol vurub və 13 qolun ötürməsini verib.