“Qarabağ” üçün köhnə tanış – ikinci dəfə

“Qarabağ” üçün köhnə tanış – ikinci dəfə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə (Belçika) qarşı keçirəcəyi ilk oyunu isveçli Mohammed Al-Hakim idarə edəcək.

Futbolpress.az xəbər verir ki, referi bundan əvvəl də Azərbaycan çempionunun oyununa təyinat alıb. O, 2019-cu ildə Avropa Liqasının qrup mərhələsində keçirilən “Sevilya” – “Qarabağ” matçını idarə edib.

İspaniya təmsilçisinin qələbəsiylə başa çatan matçda (2:0) Mohammed heç kimə vərəqə göstərməyib.

“Qarabağ” həmin mövsüm qrup mərhələsini 5 xalla 3-cü sırada bitirmişdi.

Fevralın 16-da keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.