“Qarabağ” Nərimanın növbəti satışından da pul qazanacaq

“Qarabağ” Nərimanın növbəti satışından da pul qazanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubu Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin növbəti satışından da gəlir əldə edəcək.

Tribuna.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu, ABŞ-nin “Kolambus Kryu” komandasına keçən 21 yaşlı hücumçunun müqaviləsində əksini tapıb.

MLS klubu azərbaycanlı forvardı başqa kluba satsa, məbləğin bir hissəsi “köhlən atlar”a veriləcək.

Xatırladaq ki, Nəriman Axundzadənin “Kolambus Kryu” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi N.Axundzadə üçün “Qarabağ”a təxminən 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Sənan Məmmədli