«Qarabağ»ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan «Gent»in iki nümayəndəsi həftəsonu Azərbaycana səfər edib.
Belçikadan gələn «casuslar» «Qarabağ» və «Sabah» arasında keçirilən Premyer Liqanın 22-ci tur matçını (1:1) canlı izləyib.
Suraxanıda yerləşən stadiona oyuna start fitindən 30 dəqiqə əvvəl təşrif buyuran müsafirlər Azərbaycan çempionunun hazırlığı və əhval-ruhiyyəsi ilə tanış olub.
Qonaqlar «köhlən atlılar»ın oyunu ilə yanaşı, meydandan kənardakı davranışına da diqqət yetirib.
Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.
///sportinfo.az









