“Qarabağ”ın məşqdə halı pisləşən oyunçusu başqa xəstəxanaya köçürüldü, əməliyyata götürüldü

“Qarabağ”ın məşqdə halı pisləşən oyunçusu başqa xəstəxanaya köçürüldü, əməliyyata götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın əvəzedici komandasının məşq zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadə əməliyyata alınıb.

Bu barədə Oxu.Az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, həkimlərin əməliyyatdan sonra 20 yaşlı futbolçunun səhhətinin yaxşılaşacağına ümidi böyükdür:

“Şirxan klubun sağlamlıq sponsorumuz olan özəl klinikaya köçürülüb və dərhal əməliyyata alınıb. Hazırda o, əməliyyat olunur. Həkimlərin əməliyyatdan sonra Şirxanın yaxşılaşacağına ümidi çox böyükdür”.