“Qarabağ” Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 1:0 hesabı ilə məğlub etdiyi Belçika “Gent”inin paylaşımına cavab verib.
Bununla bağlı post paylaşan Ağdam təmsilçisi isti münasibətə, alicənablığa və baxımlı oyuna görə qonaq kluba təşəkkür edib.
Belçikalılar “Qarabağ”a təşəkkür edib: “Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, “Qarabağ”. Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək”.
“Qarabağ” – “Gent” matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.









