“Qarabağ” istənilən halda, yoluna davam edəcək. Sadəcə, məsələ Avropa Liqası, yoxsa Konfrans Liqasıdır”
Bunu Tribuna. Az – a açıqlamasında “Qarabağ” və “Frayburq” klubları arasında bu gün baş tutacaq oyun haqqında danışarkən idman jurnalisti Anar Xanlarov deyib.

” Təbii ki, Avropa Liqasında yola davam etmək daha yaxşı olardı və bunun üçün şans da var. Amma düşünürəm ki, çətin olacaq. Bəli, “Frayburq” məsələni özü üçün həll edib və Bakıdakı oyunun nəticə baxımından almanlar üçün heç bir əhəmiyyəti yoxdur. Amma bu, o demək deyil ki, bizə havayı xal bağışlayacaqlar. Alman klubları bütün dünyada öz nizam-intizamları ilə tanınırlar. Bu mənada “Frayburq” Bakıda hansı heyətlə meydançaya çıxmasından asılı olmayaraq, qələbə üçün oynayacaq. Yenə deyirəm, kimsə düşünməsin ki, rəqib meydançaya ikinci, üçüncü heyətin futbolçularını buraxacaq, bizə havayı 3 xal verəcək. Qələbə qazanmaq çətin olacaq, 1xala daha çox ümid edirəm. Amma bir halda ki, “Nant” da “Olimpiakos”la oyunda xal itirsin”,- o bildirib.
Qeyd edək ki, Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Azərbaycan çempionu “Qarabağ” Almaniyanın “Frayburq” klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də qarşılaşacaq.









