“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib.
Tribuna.az xəbər verir ki, Azərbaycan çempionu siyahının 69-cu pilləsinə düşüb.
Ağdam təmsilçisi 84,1 reytinq xalına malikdir. Reytinqin ilk “100-lüy”ündə özünə yer tapan yeganə Azərbaycan komandası olan “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent”i (Belçika) xeyli üstələyir. “Gent” hazırda 80,7 reytinq xalı ilə 138-ci pillədədir.
13 515 komandanın yer aldığı cədvələ yenə Almaniya təmsilçisi “Bayern” (100) başçılıq edir. İngiltərənin “Mançester Siti” klubu (98,7) ikinci yerdə qalıbsa, İtaliya “Napoli”si (96,0) üçüncü pilləyə yüksəlib.









