“Qarabağ” dünya reytinqində doqquz pillə irəlilədi

“Qarabağ” dünya reytinqində doqquz pillə irəlilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubu dünya reytinqində doqquz pillə irəliləyib.

 Tribuna.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

Siyahıda Azərbaycan təmsilçisi 200 xalla 60-cı sırada qərarlaşıb.

Ölkənin digər təmsilçilərindən “Sabah” da uğurlu nəticə əldə edib. Belə ki, klub (96 xal) 224-cü yerdən 211-ə qalxıb. “Zirə” (63 xal) 389-cu mövqedən 418-ə, “Araz-Naxçıvan” (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.

502 klubun yer aldığı siyahıda Fransanın PSJ klubu (595 xal) liderdir.

Sənan Məmmədli