“Qarabağ” qış fasiləsində növbəti transferini rəsmiləşdirib.
Ağdamlılar Yassine Benzia ilə anlaşıb.
28 yaşlı yarımmüdafiəçi tibbi baxışdan keçmək üçün artıq Bakıya gəlib.
Onun sonuncu klubu Fransanın “Dijon” komandası olub.
Əlcəzair əslli oyunçu karyerası ərzində “Lion”, “Lill”, “Fənərbaxça”, “Olimpiakos” kimi məşhur klubların şərəfin qoruyub.









