“Qarabağ”dan səfərdə çətin qələbə – Video

“Qarabağ”dan səfərdə çətin qələbə – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Misli Premyer Liqasında XX tura start verilib.

Tribuna.az  xəbər verir ki, açılış oyununda “Qarabağ” klubu “İmişli”nin qonağı olub.

Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı vurub.

“Qarabağ”ın heyətində Kadi Borges, “İmişli”də isə Diequ Almeyda qırmızı vərəqə ilə meydandan qovulublar.

Qeyd edək ki, günün digər oyununda “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək.

Sənan Məmmədli