QANUN POZUNTUSU EDƏN BANKLAR BARƏDƏ EKSPERT RƏYİ

QANUN POZUNTUSU EDƏN BANKLAR BARƏDƏ EKSPERT RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda bank xidmətlərinin reklamında qanun pozuntuları aşkarlayıb.

Tribuna.az-a məsələ ilə bağlı açıqlama verən ekspert Əkrəm Həsənovun sözlərinə görə, söhbət istehlka kreditlərindən gedir. Azərbaycanda da istehlak kreditlərini əksər banklar vermir.

“İri banklarımız var ki, onlar vətəndaşlarla işləmir. Amma bu baxımdan sözügedən pozuntuları da çoxları edir. Yaxşı olardı ki, dövlət xidməti bunu açıqlayardı. Həmçinin belə məlumat verməklə də iş qurtarmır. Həmin banklar məsuliyyətə cəlb olunmalıdır, cərimələnməlidir. Və bu barədə ictimaiyətə də məlumat verilmlidir. Mən konkret ad çəkə bilmirəm. Ad çəkməyə başlasam, kimsə deyəcək ki, “niyə mənim adımı çəkmədin?” Elə buna görə də dövlət xidmətinin özünə qarşı məndə irad yaranır ki, niyə ad çəkmirlər, məsuliyyətə cəlb etmirlər”.

Ekspert bildirdi ki, banklar müştəriləri vaxtaşırı, lazımi səviyyədə məlumatlandırmırlar:

O cümlədən, başqa pozuntuların da olduğunu qeyd edən ekspert əlavə etdi ki, banklar reklamlarında əmanət faizlərini çox, kredit faizlərini az göstərirlər.

“Müştəri həmin faizlə əmanət qoymağa yaxud kredit götürməyə görə banka gələndə aydın olur ki, həmin reklamlar xüsusi şərtlər çərçivəsindədir. Məlum olur ki, əmanət faizləri reklam edildiyindən aşağıdır, kredit faizləri isə daha yüksəkdir. Müştərilərin düzgün məlumatlandırılmaması da qanun pozuntusudur. Müştəriləri faktiki olaraq aldadırlar. Onlar məsuliyyətə cəlb olunmalıdırlar”.