QANDONDURAN HADİSƏ: 10 YAŞLI QIZI ZORLAYAN “MÜƏLLİMƏ” BU CƏZA VERİLDİ – FAKT

QANDONDURAN HADİSƏ: 10 YAŞLI QIZI ZORLAYAN “MÜƏLLİMƏ” BU CƏZA VERİLDİ – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş bölgəsində özünü müəllim kimi təqdim edib məktəbə aparmaq bəhanəsi ilə maşınına mindirdiyi 10 yaşlı qıza təcavüz etmiş Mustafa Gökot barəsində qərar verilib.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, o 54 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Ədli Tibb ekspertizasının hesabatında kiçik qızın alt paltarından götürülən nümunələrin Gökotun DNT-si ilə uyğunlaşdığı ifadə edilib.
Mustafa Gökot 16 sentyabr 2022-ci ildə Narlı Məhəlləsində avtomobilində orta məktəb şagirdi H.Y.-nin yanında dayanıb. Gökot qız şagirdə özünü “müəllim” kimi təqdim edərək onu məktəbə apara biləcəyini deyib. H.Y. ona inanaraq maşına minib. Bir müddət sonra Mustafa Gökot məhəllədən çıxaraq H.Y.-yə cinsi təcavüz edib.
Hərəkətə keçən qruplar Mustafa Gökotu tutaraq nəzarətə götürüb. O ittihamları rədd edərək, qızı tanımadığını deyib. 10 yaşlı məktəbli isə onun şəxsiyyətini təyin edib və bildirib ki, o özünü musiqi müəllimi Tümay kimi təqdim edib.

Tribuna.az