Putinin Vardanyanı Rusiya vətəndaşlığından çıxarması Qarabağda yeni planın düyməyə basılmasıdır.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi Ramiyə Məmmədova deyib. Onun fikrincə, Moskva Qarabağda anklav yaratmağa çalışır.
Ekspert hesab edir ki, Kremlin Vardanyan planında ikinci hədəf onu Ermənistanda hakimiyyətə gətirməkdir:
” Kreml yenə Qarabağ üzrindən Ermənistanda hakimiyyət qurmaq istəyir. İrəvanda keçirilən son aksiya, Avropa İttifaqının missiyasının sərhəddə varlığının müddətinin uzadılması Putinin Paşinyana olan acığını daha da artırdı. Ona görə Paşinyanı devirmək və Vardanyanı hakimiyyətə gətirmək planı var.
Biz isə Rusiyanın Vardanyanla bağlı Xankəndi, Paşinyan isə onun İrəvan planlarını pozmalıdır.”
Tribuna.az









