Putin Ukraynada: Sosial şəbəkələr “bunker” səfərindən qaynayır

Putin Ukraynada: Sosial şəbəkələr “bunker” səfərindən qaynayır 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aprelin 18-i səhər saatlarından etibarən Rusiya təbliğat mediası Rusiya prezidenti Vladimir Putinin Ukraynaya (işğal olunmuş ərazilərə) səfər etdiyini car çəkir.

Tribuna.az  bu barədə Unaian-a istinadla xəbər verir.

Rusiya mətbuatının yazdığına görə, guya Putin Xerson istiqamətində və Luqanska səfər edib. Təbliğatçılar hətta onun qərargahda olduğu iddia edilən bir sıra videogörüntülərini də yayıblar: bir videoda onun arxasında “Dnepr Qoşunlar birləşmələri. Komandanlıq məntəqəsi” yazısı olan plakat asılıb. Putinin “Vostok” qrupunun qərargahında olduğu iddia edilən helikopteri necə tərk etməsinin görüntüləri də nümayiş etdirilir. Amma videoların heç biri Rusiya Federasiyasının rəhbərinin Ukraynaya səfər etməsi faktını dəqiq təsdiqləmir.
Lakin Putinin Ukraynaya səfərinə təkcə onun qanlı müharibəyə başladığı ukraynalılar deyil, ruslar da inanmayıb. Sosial şəbəkələr onun çətin ki, işğal olunmuş Ukrayna ərazilərinə baş çəkməyə cəsarət edəcəyinə dair şərhlərlə doludur.
Sosial şəbəkə Putinin Ukraynaya səfərinə belə reaksiya verib:
“Surovikin və Gerasimov görünmür”
“Qərargah yəqin ki, Moskvada, yaxınlıqdakı bunkerdə olub”
“Xersonla əbədi vidalaş”
“Həqiqətən o deyil”
“Nazirlərini uzun masa arxasında – özündən 20 metr aralıda oturdan bir adam döyüş bölgəsinə uçmağa cəsarət etdi?”
“O, sadəcə qorxmazdır. Moskvada qorxur, amma uçub düz ora gəlib”

 

 

 

“Görəsən, bu qərargah Moskvada yerləşirmi?”
“Xerson istiqamətində” çox çevik bir konsepsiyadır”
“Həyəcan keçirir”
“İnanırıq”, əlbəttə
“Mən sui-qəsd nəzəriyyələrinin tərəfdarı deyiləm, amma bu adam RosTV-də göstərilən adamdan fərqlidir”
“Putin bataqlıqdan çıxış yolu axtarır”
Putinin Ukraynaya səyahətləri
Aprelin 18-də Putinin guya Luqansk və Xerson vilayətlərinə səfər etdiyi barədə məlumatlar peyda olub. Söhbət rusların işğal etdiyi ərazilərdən gedir.
Martın 18-də o, işğal olunmuş Krıma gelib. Əsir götürülən Sevastopolda rəssamlıq məktəbini və “Korsun” uşaq mərkəzini gəzib.
Martın 19-da Kreml Putinin müvəqqəti işğal altında olan Mariupola səfər etdiyini açıqlayıb. Rusiya mətbuatı da onun yerli sakinlərlə ünsiyyətini əks etdirən kadrlar yayıb.