PUTİN PAŞİNYANI ZƏNGƏZUR DƏHLİZİNİ AÇMAĞA MƏCBUR EDƏ BİLƏR – ŞƏRH

PUTİN PAŞİNYANI ZƏNGƏZUR DƏHLİZİNİ AÇMAĞA MƏCBUR EDƏ BİLƏR – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tərəfi Putininin variantını qəbul etmir. Putin İrəvan səfəri öncəsi Əliyevə zəng edirsə, bu onu deməyə əsas verir ki, ortada ortaq məxrəcə gəlinməyən bir məsələ var.

Bu fikirləri Tribuna.az-a siyasi şərhçi İlkin Həsənov açıqlamasında bildirib. O qeyd edib ki, Putin tərəfləri razı salmağa çalışır:

“İndiki halda Qarabağın status ilə bağlı bir qərara gəlinəcəyi inandırıcı deyil. Çünki Rusiya tərəfi Qarabağın status məsələsində güzəştə getmək istəmir. Ancaq Zəngəzur dəhlizi ilə bağlı, hesab edirəm ki, hər hansısa irəliləyişin olma ehtimalı böyükdür. Mən demirəm ki, dəhlizlə bağlı müqavilə bağlanacaq. Sadəcə olaraq, tərəflər müəyyən məsələlərdə razılığa gələcəklər. Çünki Zəngəzur dəhlizinin açılması İrəvandan çox Rusiyanın razılığından asılıdır”.

Nigar

Tribuna.az