PUTİN MEDALINI GERİ QAYTARDI, MİLLƏT VƏKİLİ SEÇİLİB PARLAMENTƏ GETMƏDİ…

PUTİN MEDALINI GERİ QAYTARDI, MİLLƏT VƏKİLİ SEÇİLİB PARLAMENTƏ GETMƏDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyasını dəyişən gürcü müğənni Vaxtanq Kikabidze təkcə gözəl səsi ilə deyil, həm də şəxsiyyəti, fikirləri ilə də yaddaşlardan silinməyəcək.

Tribuna.az xəbər verir ki, bir çox istedad sahibi sənət, ədəbiyyat adamları heç də həmişə şəxsiyyət ola bilmir, maddiyyat qarşısında əyilirlər.

“Buba” ləqəbli Kikabidze isə onlardan fərqli olaraq, dünya malı dalınca qaçmadı, komfortu seçmədi, lazım bildiyi məqamlarda siyasi mövqe ortaya qoymaqdan çəkinmədi.

Putinin medalını geri qaytarıb, Rusiya kimi böyük auditoriyadan imtina etdi.

Öz xalqının bir qismini qarşısına almaq bahasına da olsa, hökumətə qarşı müxalifətə keçdi.

Millət vəkili seçildi, amma parlamentə getmədi. Rahat kreslolar onluq deyildi.

Vaxtanq Kikabidze istedadı sayəsində böyük sənətkar olmuşdu. Vətəndaş mövqeyi sayəsində isə böyük şəxsiyyət kimi xatirələrdə yaşayacaq.