PUTİN GENERAL MURADOVU UZAQLAŞDIRDI – UKRAYNA FİASKOSU

PUTİN GENERAL MURADOVU UZAQLAŞDIRDI – UKRAYNA FİASKOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada xidmət edən yüksək səviyyəli generallarından biri olan Rüstəm Muradov vəzifəsindən azad edilib.

Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, Muradov Ukraynanın şərqindəki Vuhledar şəhərində uğursuz hücum cəhdlərindən sonra vəzifəsindən azad edilib.

Əvvəllər Suriya və Cənubi Qafqazda xidmət etmiş Muradovun vəzifəsindən uzaqlaşdırılması aylardır Donbasda heç bir irəliləyiş əldə edə bilməyən Rusiya ordusu daxilindəki əks-sədaları göstərən işarə kimi şərh olunur.

Rusiya Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Müdafiə Nazirliyindəki mənbələr Muradovun işdən çıxarılması ilə bağlı rəsmi məlumatlandırıldığını və qərarın birbaşa Vuhledar hücumu ilə bağlı olduğunu bildiriblər.

Muradovun rəhbərlik etdiyi Şərq Hərbi Dairəsindən olan mənbə deyir ki, “Muradov əsgərlərin öldürülməsini əmr etdiyinə görə işdən çıxarılıb. Ondan çox adam şikayətlənirdi”.

Hollandiyada yerləşən “Oryx” araşdırma qrupunun məlumatlarına görə, fevral ayında Vuhledar hücumunda Rusiya əsgərləri 36 tank olmaqla 103 hərbi maşın itirib, ukraynalıların itkisi isə 20 hərbi maşınla məhdudlaşıb.