PUTİN-ƏLİYEV- PAŞİNYAN GÖRÜŞÜ RAZILAŞDIRILDI: SÜLH SƏNƏDİ OLACAQMI? – ANALİZ

PUTİN-ƏLİYEV- PAŞİNYAN GÖRÜŞÜ RAZILAŞDIRILDI: SÜLH SƏNƏDİ OLACAQMI? – ANALİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya XİN açıqladı ki, Bakı və İrəvan danışıqların növbəti raundunun keçirilməsinə razılıq veriblər. Hər iki tərəf Rusiya ərazisində görüşməyə hazırdır. Bu görüşdən hansı nəticələr əldə oluna biləcəyini Tribuna.az-a şərh edən siyasi ekspert Ramiyə Məmmədova bildirib ki, Rusiyanın vasitəsi ilə sülh mümkün deyil.

Ekspert danışıqların yenə uğursuz olacağına əmindir. Onun fikrincə, Moskvada sonuncu belə görüş də dişsiz bəyanatla yadda qaldı. Təhlilçi hesab edir ki, Kremlə yarımçıq sülh lazımdır və bölgəyə nəzarəti yalnız bu şəkildə təmin edə bilir. Əks halda Qərbin regionda dominant olacağını hesablayan Rusiya, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasını istəmir deyə ekspert vurğulayıb. Siyasi şərhçinin fikrincə, Vaşinqtonda liderlərin görüşü gözlənilirdi və 11 aprel qarşıdurması bu planı ertələyə bilər: “Ola bilsin ki, Amerikada da bu görüş olacaq. Mayın ikinci yarısında nəzərdə tutulub. Lakin Rusiya buna qədər qabağa düşərək tərəfləri öz ərazisində görüşdürəcək. Sadəcə, strateji rəqabət gedir və Rusiya bölgədə liderliyi əldən vermək istəmir, bundan savayı heç nə. Yəni növbəti görüş də ciddi nəticə verməyəcək”.

Tribuna.az