Rusiya və Çin arasındakı münasibətlər soyuq müharibə dövründəki hərbi ittifaqlardan kənara çıxır.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, müdafiə naziri Li Şanfu Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
O qeyd edib ki, Rusiya Federasiyası ilə Çin və onların silahlı qüvvələri arasında münasibətlər 70 ildən artıqdır ki, davam edir.
“Onlar günü-gündən güclənirlər. Bunda liderlərin diplomatiyası əsas rol oynayır. Siz bizim inkişafımız üçün strateji hədəflər qoymusunuz. Bunda sizin Çin Xalq Respublikasının sədri ilə şəxsi dostluğunuz böyük rol oynayır”, – deyə “İnterfaks” Li Şanfunun sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, Çin və Rusiya arasında münasibətlər “artıq yeni dövrə qədəm qoyub”.
“Çin 13 ildir ki, Rusiyanın ilk ticarət tərəfdaşıdır. Biz əlaqələri inkişaf etdirdikcə, biz iki gücümüzün üzərinə düşən məsuliyyəti dərk edirik. “Xüsusilə nəzərə alsaq ki, indi yüz ilin ən böyük dəyişiklikləri baş verir”, – Çin Xalq Respublikasının müdafiə naziri bildirib.
Li Şanfu həmçinin qeyd edib ki, “dünya çox narahatdır. Ölkələr arasında sülh münasibətlərinə böyük tələbat var”.
Rusiya prezidenti Vladimir Putin Li Şanfu ilə görüşü zamanı bildirib ki, Moskva ilə Pekin arasında əməkdaşlıq çox yaxşı gedir, o cümlədən hərbi idarələr vasitəsilə. Rusiya rəhbəri prezident Si Cinpinin martda Rusiya paytaxtına səfərini çox səmərəli adlandırıb.
“Biz, əlbəttə ki, digər məsələlərlə yanaşı, ölkələrimizin hərbi idarələrinin əməkdaşlığına da toxunduq. Bütün istiqamətlərdə münasibətlərin çox yaxşı inkişafı var. İqtisadiyyatda, sosial, mədəni, təhsil sahəsində. Və təbii ki, hərbi idarələr cərgəsində”, – Rusiya prezidenti bildirib.









