PUTİN ÇİN DİPLOMATI VAN Yİ İLƏ GÖRÜŞDÜ

PUTİN ÇİN DİPLOMATI VAN Yİ İLƏ GÖRÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin fevralın 22-də Moskvada səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Vanq Yi ilə görüş keçirəcək.

Tribuna.az “Gazetaru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, görüşün yaxın vaxtlarda baş tutacağını qeyd edib.

Peskov Putinin fevralın 22-də Cənubi Osetiya prezidenti Alan Qaqloyevlə işgüzar görüş keçirəcəyini də təsdiqləyib.

22 fevral Vanq Yi paytaxtda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş zamanı Vanq Yi tərəflərin yeni razılaşmalar əldə etməyə hazır olduğunu bildirib.

Bundan əvvəl Vanq Yi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə danışıqlar aparıb.

Çin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüşdə mövcud beynəlxalq strateji vəziyyəti müzakirə ediblər, çoxtərəfliliyi birgə həyata keçirməyə və birtərəfli təzyiqin istənilən formasına müqavimət göstərməyə hazır olduqlarını bildiriblər.

Vanq Yi iki ölkə arasında möhkəm “qayaya bənzər” əlaqələrdən də danışıb.