Prezident İlham Əliyevin Qərbi Azərbaycanlılar İcmasının inzibati binasının açılışında etdiyi tarixi çıxışa və etdiyi çağırışlara əslən bu regiondan olan və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızdan reaksiyalar, dəstək bəyanatları gəlməkdədir. Tribuna.az məlumat verir ki, əslən Qərbi Azərbaycandan olan diaspor fəalı Cavid Zeynalov da Prezidentin çağırışına qoşulub. Bu barədə özü sosial media, hesabında etdiyi paylaşımda dövlət başçısının bu mövqeyi ilə həmrəy olduğunu bildirib.
C. Zeynalovun çıxışını təqdim edirik:
Cənab Prezident İlham Əliyev
24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə keçirdiyiniz görüşü diqqətlə izlədim. Dədə-baba yurdum olan Loru mahalı Səfəvilər dövlətində Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri olub. 1921-ci ildə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir və 1922-ci ildə Loru mahalı Ermənistana verilir.
Müzəffər Ali Baş Komandan kimi bu görüşdə verdiyiniz mühüm mesajlar, tarixi torpaqlarımıza qayıdacağımızla bağlı əminliyiniz bizlərdə elimizə-obamıza geri qayıdacağımızla bağlı böyük ümidlər yaratdı. Bunum üçün sizə ailəmiz adından dərin təşəkkürümü bildirirəm.
Hörmətli cənab Prezident!
Son görüşdə Qərbi azərbaycanlılara və ümumilikdə dünya azərbaycanlılarına verdiyiniz mesaj və tapşırıqlar fonunda bir fəal Qərbi azərbaycanlı gənc olaraq, gördüyümüz müəyyən fəaliyyətləri diqqətinizə çatdırmaq istəyirəm:
Ailə üzvlərimdən və dostlarımdan ibarət olan təşəbbüs qrupumuzun fəaliyyəti:
Son iki ildə məqsədimiz müxtəlif ölkələrinin televiziyalarında, habelə beynəlxalq platformalarda Azərbaycanla bağlı həqiqətlərin yaymaq, Ermənistanın yalan təbliğatına qarşı əks-hücum mexanizmini gücləndirmək və Ermənistan-Azərbaycan arasındakı münaqişə predmeti olan mövzularla bağlı dünya ictimaiyyətini doğru-dürüst şəkildə məlumatlandırmaqdır.
Bu məqsədlə Türkiyə və dünya mediasının aparıcı televiziya kanallarında Azərbaycan Respublikası ilə bağlı mütəmadi xəbərləri, süjet və reportajların yayır, habelə müsahibə və debatlarda iştirak edirik.
Belə ki;
-Dünyanın nüfuzlu “Al- Jazeera English”, “Al-Jazeera Arabic”, “Sky News Arabic”, “Al Arabi”, “Russia Today”, “TRT World”, “TRT Arabia”, “ANews” kanallarında, eyni zamanda Türkiyənin “Ahaber”, “BengüTürk”, “Ulusal Kanal”, “TV5”, “BBNTürk”, “TGRT EU”, “TGRT Haber”, “TGRT Belgesel”, “FOX TV”, “ON4 TV”, “Kanal24” və digər aparıcı televiziya kanallarında çıxışlar və müsahibələr təşkil edirik.( link şərhdə)
-Azərbaycanda və bölgədə baş verən ən son hadisələrlə bağlı, xüsusən də, Ermənistanın apardığı təbliğatı minimuma endirmək məqsədilə yuxarıda adları sadalanan televiziya kanallarında çıxışlar etmək üçün çıxışçılar müəyyən etmişik və periodik olaraq, həmin şəxslərin televiziya kanallarında çıxışları təmin edirik.
-Bundan başqa, dünyanın nüfuzlu “Al Jazeera English”, “Al Jazeera Arabic”, “Sky News Arabic”, “Al Arabi”, “Russia Today” kanallarında erməni ekspertlərlə canlı debatlarda iştirak edirik və bunun üçün peşəkar ingilis dilli ekspert qrupu formalaşdırmışıq.
-Türkiyənin “Ulusal Kanal” Televiziyasında ayda 1 dəfə olmaqla 30 dəqiqəlik “Can Azərbaycan” adlı poqram yayınlayırıq. Bu proqramda xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti, Azərbaycan diasporasının birlik mesajları, müsahibələr və reportajlar yayınlanıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
-bizlərə doğru dürüst istiqamət verərsə, gördüyümüz işlərin dahada peşəkar fəaliyyətini təmin edə bilərik”.









