Paraqvay Senatı ölkədə baş verən iri bank skandalı və maliyyə böhranı fonunda Prezident Santyaqo Penyanın impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılmasına səs verib.
Tribuna.az xəbər verir ki, vəzifəsini itirən keçmiş dövlət başçısı dərhal hüquq-mühafizə orqanları tərəfindən ev dustaqlığına alınıb.
Keçmiş Prezident özəl bir bankla bağlı maraqlar toqquşmasında, maliyyə manipulyasiyalarında və pensiya fondlarının vəsaitlərindən sui-istifadə etməkdə ittiham olunur. Siyasi böhranı alovlandıran əsas amil “ueno” rəqəmsal bankının müflisləşərək çökməsi olub.
Prokurorluq Penjaya qarşı yekun ittiham aktını hazırlayana qədər o, ev dustaqlığında qalacaq.
Qərarın elan olunmasından sonra onlarla etirazçı Penyanın Asunsiondakı iqamətgahının qarşısına toplaşıb. Hadisələr zamanı insidentlərin qarşısını almaq üçün polis ərazidə təhlükəsizlik kordonu yaradıb.









