PREZİDENT ADMİNİSTRASİYASI XANKƏNDİ ERMƏNİLƏRİNİ NİYƏ BAKIYA ÇAĞIRDI? – İLGİNC GEDİŞİN DETALLARI

PREZİDENT ADMİNİSTRASİYASI XANKƏNDİ ERMƏNİLƏRİNİ NİYƏ BAKIYA ÇAĞIRDI? – İLGİNC GEDİŞİN DETALLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı erməni əhalisi ilə növbəti görüş yeri kimi Bakının təklif edilməsinin əsas əhəmiyyəti odur ki, Qarabağdakı ermənilərlə təmaslarda reinteqrasiyanın alternativi yoxdur. Və rəsmi Bakı bu təkliflər birdən çox gediş edir. Erməni əhalinin nümayəndələri Bakıya gələcəksə, reinteqrasiyanı qəbul etmiş olacaqlar. Xocalı görüşündən sonra separatçılar bunun əleyhinə olan açıqlamalar vermişdi, mümkün Bakı görüşündən sonra vəziyyət dəyişəcək.

Tribuna.az-ın məlumatına görə, bu barədə danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, görüşün Bakıda keçirilməsi Rusiyanın “moderator” qismində iştirakını istisna edir: Xocalıdakı görüşün sülhməramlıların qərargahında baş tutması onların başda əyləşməsinə şərait yaradırdı:

“Ermənilər görüşdən imtina edəcəksə, bu, onların “təmaslardan qaçdığı” deməkdir və Bakı “təmasların” indi qurulmasını istəyən Qərbə “prosesin qarşısını alan və erməni əhalisi ilə təmaslara imkan verməyənlərin” separatçılar olduğunu göstərə, onlara qarşı mümkün praktiki addımlarını “erməni əhalisinin hüquqlarının qorunması” adı ilə də legitimləşdirə biləcək;