Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulacaq.
Tribuna.az xəbər verir ki, sonuncu – 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Şamaxı” “Sumqayıt”ı qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək.
Turun mərkəzi oyununda isə lider “Qarabağ” 2-ci yerdəki “Sabah”ın qonağı olacaq. Bu matç isə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun digər görüşləri 14 və 15 aprel tarixlərində oynanılıblar.
16 aprel (bazar)
16:00. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Şamaxı şəhər stadionu
19:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
“Bank Respublika Arena”.
14 aprel (cümə)
“Neftçi” – “Qəbələ” – 1:2
“Zirə” – “Səbail” – 3:1
15 aprel (şənbə)
“Kəpəz” – “Turan Tovuz” – 1:0









