Azərbaycanın aparıcı banklarından olan «Premium Bank» 2022-ci ilin 3-cü rübü üzrə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 3-cü rübün sonuna bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon manat və ya 6% azalaraq 22,9 milyon manata enib. Bunun böyük hissəsi kredit faizlərindən gəlirlərdir – 21,9 milyon manat – bu göstərici də 1,4 milyon manat azalıb.
Bankın faiz xərcləri isə 37% faiz və ya 4,3 milyon manat azalaraq 11,7 milyon manatdan 7,4 milyon manata enib.
Azalmaya səbəb bankdakı əmanət sahiblərinə ödənilən faizlərin kəskin – 10,8 milyon manatdan 6,4 milyon manata – düşməsidir.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 2,5 milyon manat artaraq 10,5 milyondan 12,9 milyon manata yüksəlib. Təkcə komissiya və haqq gəlirləri 2 milyon manat artaaq 7,1 milyon manatdan 9,1 milyon manata yüksəlib.
Bankın qeyri-faiz xərcləri isə 3,4 milyon manat azalaraq 24,1 milyon manatdan 20,7 milyon manata enib.
Bu dövrdə bankda əmak haqqı xərcləri 22% artaraq 4,3 milyon manatı keçib. İnzibati xərclər isə təqribən 14% artımla 2,7 milyon manatı keçib.
«Premium Bank»da qeyri-faiz xərclərinin azalması digər xərclər maddəsi hesabına olub – 17,3 milyondan 12,9 milyon manatadək azalma.
Nəticədə bank 3-cü rübü 7,7 milyon manat əməliyyat mənfəti ilə başa vurub.
Amma bu məbləğin 3,7 milyon manatı mümkün zərərlər üzrə ehtiyatlara ayrılıb. Nəticədə bankın xalis mənfəəti 4 012 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəət 42% azalıb.











