POLİTOLOQ: TÜRKİYƏ PKK-YA QARŞI CİDDİ MÜBARİZƏ APARIR

POLİTOLOQ: TÜRKİYƏ PKK-YA QARŞI CİDDİ MÜBARİZƏ APARIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Suriya və İraqın şimalında həyata keçirdiyi “Pençe Kılıç” antiterror əməliyyatı təkcə hava hücumu ilə məhdudlaşmayacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.
Türkiyə Prezidenti onu də qeyd edib ki, İraq və Suriyanın şimalındakı bu əməliyyat təsadüfən həyata keçirilən əməliyyat deyil.
Mövzu ilə bağlı Tribunainfo. Az – a danışan politoloq Elşad Həsənovun sözlərinə görə, bu əməliyyatın keçirilməsi labüd idi:
“Türkiyənin son illərdə PKK – ya qarşı belə ciddi, güclü əməliyyatı olmayıb. Buna onlar özləri rəvac verdi. Türkiyə qətiyyətlidir, iradəlidir. Türkiyə ərazisində törədilən terror aktlarına heç vaxt cavabsız qalmayıb. Və uzun illərdir ki, Türkiyə PKK-ya qarşı ciddi mübarizə aparır. Həm ölkə daxilində həm də ölkə xaricində. Buna görə də biz terror örgütünün məhv edilməsi üçün Türkiyəyə əlimizdən gələn dəstəyi göstəririk”.

Tribunainfo. Az