POLİTOLOQ: “OLİQARXLARIN SİYASİ FƏALİYYƏTİNƏ DAİR MƏHDUDİYYƏT OLMALIDIR”

POLİTOLOQ: “OLİQARXLARIN SİYASİ FƏALİYYƏTİNƏ DAİR MƏHDUDİYYƏT OLMALIDIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qanunvericiliyə oliqarxların siyasi fəaliyyətinə dair məhdudiyyət təklif edib.
Mövzu ilə bağlı TİA. Az – a danışan politoloq Məhəmməd Əsədullazədə bildirib ki, oliqarxlar təkcə siyasətdə deyil, iqtisadiyyat sahəsində də ciddi problemlərə yol açırlar:
“Siyasi partiyalar haqqında yeni qanunda dəyişikliklər mütləq şəkildə yeni siyasi çağırışlara cavab verməlidir. Ona görə də müzakirəyə çıxarılan qanunda əlavə dəyişikliklərə ehtiyac var. Xüsusilə oliqarxlarla bağlı mütləq bu bənd olmalıdır. Çünki ölkənin siyasi sferasına oliqarxlar təsir edir, müəyyən bir siyasətçinin maliyyələşdirilməsi və bir dövlətin maraqlarını qoruması ölkə daxilində siyasi istiqrarsızlığa yol açır. Xüsusilə Azərbaycan regionda bir çox ölkələrin maraqlarının toqquşduğu ölkədir. İran və Rusiyanın həmçinin Qərbin beşinci kolonu funksiyasını həyata keçirə bilən oliqarxlar və onların maliyyə dəstəyi ilə siyasət aparan partiyalar ola bilər. Ona görə də belə bir məhdudiyyət olmalıdır. Oliqarxlar təkcə siyasətdə deyil, iqtisadiyyat sahəsində də ciddi problemlərə yol açır, monopoliya sistemini yaradırlar. Bu, siyasətdə də mümkündür. Ümumiyyətlə, oliqarxiya sistemi dövlətin və cəmiyyətin inkişafının qarşısında səddir. Bunun üçün mütləq qanunvericiliydə dəyişikliklər edilməlidir”,- politoloq bildirib.

Aytac

TİA. Az