” İranın tək sevgisi var – o da Ermənistandır”
Bunu TİA. Az– a açıqlamasında Azərbaycan – İran münasibətləri haqqında danışan politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, İran Azərbaycanın uğurlu siyasətini həzm edə bilmir:
“Azərbaycan mediası dəfələrlə bu məsələni qaldırıb ki, İran Azərbaycandan nə istəyir? Son otuz ildə – Azərbaycan müstəqilliyini qazanandan bəri İran bu və ya digər formada Azərbaycanın iqtisadi, siyasi və diplomatik maraqlarına uyğun olmayan hərəkətlər edir. Amma Azərbaycan qonşu dövlət kimi İrana həmişə hörmətlə yanaşıb, indi də hörmətlə yanaşır və eyni şeyi İrandan tələb edir. İranın isə tək sevgisi var – o da Ermənistandır. Əvvəllər də qeyri-səmimi münasibət var idi, ancaq Azərbaycan ərazisini işğaldan azad edəndən sonra İran elə davranır ki, sanki İranı işğal eləmişik. Hər şeyə qarışırlar. Müharibənin gedişində xəyanət etdilər, bunu bildik. Amma bunlar dayanmaq bilmir. Otuz ildir sərhəd yadından çıxan İran iki ildir ki, ya hədələyir, ya orda təlim keçir. Hücum taktikası olan bir qoşunu Xudafərində göstərmək niyə? 43 ildir bunların ağılsız siyasəti nəticəsində İran xalqı əziyyət çəkir. İran kimi varlı bir dövlət bir qrup mollanın əlində qalıb. İrana heç kim səlahiyyət verməyib ki, özlərini Qafqazın sahibi kimi aparsınlar, Azərbaycan – İran sərhəddində bunların qırmızı xətt məsələsini gündəmə gətirsinlər. Ən yaxşısı, gedib öz dərdlərini çəksinlər”.
Aytac
TİA. Az









