“Platek Pact” MMC “Azəriqaz”ı – MƏHKƏMƏYƏ VERİB

“Platek Pact” MMC “Azəriqaz”ı – MƏHKƏMƏYƏ VERİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Platek Pact” MMC “Azəriqaz” İB-ni məhkəməyə verib .

Tribuna.az FED.az-a istinadla xəbər verir ki, Sair işlər – Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr üzrə qaldırılıb.
İşə Gəncə Kommersiya Məhkəməsində baxılır. İddia hakim Gülnaz Quliyevanın icraatındadır.

Qeyd edək ki, “Platek Pact” MMC (VÖEN: 1402664341) 22.11.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 699 535 manatdır. Qanuni təmsilçisi Tural Hacıyev Elxan oğludur. Hüquqi ünvanı Az5700, Şəmkir Rayonu, Şəmkir ş, Heydər Əliyev prospekti, ev17-də yerləşir.

“Platek Pact” MMC-yə məxsus “Nəfis çörək” zavodu Şəmkir şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında yerləşir. “Platek Pact” MMC Müdafiə Nazirliyinin keçirdiyi 2015-ci il üzrə tenderin qalibi olmuşdur və hal-hazırda Müdafiə Nazirliyi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq şəxsi heyyətin təminatı üçün çörək istehsal olunaraq hərbi hissələrə çatdırılır.