Pişiyə işgəncə verdi, cəzasını aldı-VİDEO

Pişiyə işgəncə verdi, cəzasını aldı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kocaeli vilayətində pişiyin üzünə kimyəvi maddə olan sağ çözücü vuran qadın saxlanılıb.

Tribuna.az xəbər verir ki, marketdə çalışan qadın qapıda dayanan pişiyi yanına çağıraraq üzünə yağ çözücü püskürdüb. Digər iş yoldaşı isə bu anları videoya çəkərək paylaşıb. Paylaşımın ardından qadın saxlanılıb.

Sosial şəbəkələrdə paylaşılan video böyük narazılığa səbəb olub. Heyvansevərlər etiraz olaraq qadının çalışdığı marketə hücum ediblər.
Onun ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılacağı və həbs ediləcəyi bildirilib.

Görüntüləri təqdim edirik:

Gülşən Rəsul