PESKOV: “QARA DƏNİZ HEÇ VAXT “NATO DƏNİZİ” OLMAYACAQ

PESKOV: “QARA DƏNİZ HEÇ VAXT “NATO DƏNİZİ” OLMAYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Ukrayna XİN rəhbərinin bəyanatını şərh edib.

Tribuna.az “Vesti.ru”ya istinadən xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında: “Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq”, -deyə bildirib.

“Qara dəniz heç vaxt NATO dənizi olmayacaq. O, bütün sahilyanı dövlətlər üçün ümumi dənizdir, əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olmalıdır. Üstəlik, o, bölünməz təhlükəsizlik olmalıdır”, – Peskov bildirib.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qara dənizi “NATO dənizinə” çevirməyə çağırıb, eyni zamanda onun demilitarizasiyasının vacibliyini bəyan edib.