Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ölkədə Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı referendumun keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.
Tribuna.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, dəqiq vaxt göstərilməyib”, – deyə Peskov bildirib.
Peskov söhbət zamanı belə bir referendumun tez bir zamanda keçirilməsinin zəruriliyinin vurğulandığını əlavə edib: “Bu, çox vacibdir”.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan baş nazirinin mətbuat xidməti telefon danışığı zamanı Paşinyanın Vladimir Putindən erməni mallarının idxalı ilə bağlı yaranmış problemlərin həllini xahiş etdiyini bildirib. O, həmçinin Rusiya prezidentinə Aİ məsələsi üzrə referendumun keçirilməsinin yalnız Ermənistanın üzvlük üçün Aİ-yə rəsmi müraciət ünvanlamasından sonra mümkün olacağını qeyd edib.









