PELEYƏ GÖRƏ ÜÇ GÜNLÜK MATƏM ELAN OLUNDU

PELEYƏ GÖRƏ ÜÇ GÜNLÜK MATƏM ELAN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi futbolçu Pelenin ölümü ilə bağlı Braziliyada üç günlük matəm elan olunub. Tribuna.az məlumat verir ki, bu haqda ölkə prezidenti Jair Bolsanaro fərman imzalayıb.

Prezident veteran futbolçunun vəfatından sarsıldığını qeyd edib. 82 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişən Pele Braziliya millisi ilə üç dəfə dünya çempionu olub. Dünya futbol ictimaiyyəti və Pelesevərlər onun ölümünü üzüntü ilə qarşılayıblar.

Tribuna.az