Dərman qiymətlərində də artım olacaq. Özümüz dərman istehsal etmədikcə, bu müdaxilələr qaçılmazdı.
Tribuna.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan pediatr bildirib ki, qiymət artımındansa uzun müddətdir bazarda tapılmayan uşaqlar üçün qızdırmasalıcı dərman probleminə əncam çəksinlər:
“Uşaqlar üçün qızdırmasalıcı dərmanlar tapılmır. Buna da bir əncam çəkin. Hamının imkanı yoxdur getsin özəl klinikalarda “sistem” filan qoydursun uşağına. İmkan tapanda da artıq gec olur, ağırlaşmış olur uşağın vəziyyəti. Birinci mövcud problemi həll edin, sonra qiymət artımı da edərsiniz”.









