Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib ki, ABŞ yenidən Rusiya ətrafında “qaynar nöqtələri” yandırmağa çalışır.
Tribuna.az “Ria Novosti” kanalına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Vaşinqton keçmiş sovet respublikalarına təzyiq göstərir, onların vətəndaşlarını Ukraynadakı hərbi əməliyyatlara cəlb etməyə çalışır.
“İndi Birləşmiş Ştatlar növbəti dəfə Rusiya ətrafında münaqişələri alovlandırmağa çalışır, keçmiş sovet respublikaları arasından dövlətlərə təzyiq göstərir, öz vətəndaşlarını Ukraynadakı münaqişəyə cəlb etməyə çalışır”, – Patruşev Nalçikdə təhlükəsizlik məsələləri ilə bağlı iclasda çıxış edərkən deyib.









