“Qazaxıstanın Ermənistanda dəmiryollarını almaq üçün təşəbbüs göstərməsi səbəbsiz deyil. Hazırda Rusiyanın nəzarətində olan bu yolların Astananın nəzarətinə keçməsi Azərbaycanın təşəbbüsüdür”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə İrəvanda yayınlanan “Past” saytı məlumat yayıb.
Məlumatda o da deyilir ki, guya, Azərbaycan bu planı 44 günlük müharibə bitəndən sonra hazırlayıəb. “Ermənistanla Qazaxıstanı birləşdirəcək çox az şeylər var. Heç iqtisadi baxımdan ciddi əlaqələrinin olması da real deyil. Belə olan halda Astana ilə mütəmadi görüşlər kimə və nəyə lazımdır? Çünki Azərbaycan gələcəkdə Ermənistana təzyiq etmək üçün Qazaxıstanın imkanlarından istifadə edə bilər”.
Fərda Uğur









