Ermənistan hökuməti başçısının oğluna hücum edildiyi iddiası ilə bağlı ilk olaraq parlamentin sədri məlumat verib.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyan ona hücum edilməsi ilə bağlı məlumatı təkzib edib.
Kiçik Paşinyan “Haykakan Jamanak” qəzetində dərc olunan bəyanatında “Mənə siyasi və ya başqa səbəblərdən hücum edilməyib. Təəssüf ki, haqqımda yayılan yalan şayiələri şəxsən təkzib etməliyəm” deyib.
Daha əvvəl Milli Assambleyanın spikeri Alen Simonyan hücumun necə, harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb.
Qeyd edək ki, polisin mətbuat xidməti də bəyan etmişdi ki, onlara Nikol Paşinyanın oğluna hücum barədə məlumat daxil olmayıb.









