Qərbin bölgədə aktivliyi təkcə Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açmaq arzusu ilə əlaqəli deyil, məqsəd həm də Rusiyanı regiondan çıxarmaqdır.
Tribuna.az xəbər verir ki, bu sözləri erməni polittexnoloq Vigen Akopyan deyib. O bildirib ki, Rusiyanın Qərblə konflikti onun Cənubi Qafqazdakı təsirini azaldıb:
“Region uğrunda, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərində kimin moderator olacağı uğrunda rəqabət kəskinləşir. Belə vəziyyət Bakı ilə İrəvan arasında problemin həllini gecikdirir. Qərbin bölgədə aktivliyi təkcə Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açmaq arzusu ilə əlaqəli deyil, məqsəd həm də Rusiyanı regiondan çıxarmaqdır. Azərbaycan və Ermənistan hakimiyyətləri də bu planların icrasında rol oynamaqda maraqlıdır”.
V.Akopyan deyib ki, rəsmi İrəvan artıq Qarabağın Ermənistanın olmayacağı və onun üçün həmin ərazilərin yük olacağı ilə barışıb:
“Öz hakimiyyətini saxlamaq üçün baş nazir Nikol Paşinyan və komandası çalışır ki, geosiyasi oyunçulardan Qarabağ əhalisinin müəyyən hüquqları ilə bağlı zəmanət alsın. Başqa heç nə ona lazım deyil”.
Nigar
Tribuna.az









