Paşinyan Mərkəzinin istintaq şöbəsinin müdiri Davit Kirakosyan Ermənistanın baş naziri Nikol Paşinyanla 18 yaşlı Davit Minasyan arasında baş verən insidentlə əlaqədar vəzifəsindən azad edilib.
Tribuna.az xəbər verir ki, onun İrəvanın keçmiş polis rəisi Nerses Nazaryanın qardaşı oğlu olduğu üzə çıxıb.
Daha əvvəl ArmLur.am saytı bildirmişdi ki, boks üzrə dünya çempionu İsrail Hakobkohyanın oğlunun müstəntiqi və onun rəhbəri işdən çıxarılıb. Sonuncular 18 yaşlı Davitin Paşinyanla hadisəsini araşdırırdılar.
Həsən Ağa









